KRİMİNAL XRONİKA

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

23.08.2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də əcnəbi vətəndaş Mohamed Abdulla Ahmed Ali Al-Alinin rayon ərazisində kirayədə yaşadığı evdən 300 dirhəm (138 manat) pul oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Rafik Cəlilov və Bakı şəhər sakini Roman Lyaxov saxlanılmışlar.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 16-da rayon ərazisindəki avtomobillərin birindən 850 manat və 250 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Taleh İbrahimov saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində 3 qadının çantalarından pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər də eyni cinayətə görə məhkum olunmuş Günel Quliyeva saxlanılmışdır.