KRİMİNAL XRONİKA

Metropolitendə Polis Şöbəsi və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

25.08.2018

Metropolitendə Polis Şöbəsi və Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də Bakı şəhər sakini olan bir qadının pulqabısından 950 manat və sənəd oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 24-də rayon ərazisində Bakı şəhər sakini G.İsayevanın çantasından 110 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Tamilla Əliyeva saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-dən 25-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki anbardan ayaqqabılar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Quliyev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məzahir Qurbanov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 3 evdən pul və qızıl zinət əşyaları oğurlaması da müəyyən edilmişdir