KRİMİNAL XRONİKA

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

27.08.2018

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 26-da Bakı şəhər sakini olan 2 nəfərə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Nail Zeynalov və Ziya Hacıyev saxlanılmışlar
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən içərisində  9700 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quluzadə saxlanılmışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki mağazaların birindən  1550 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xalidə Quliyeva saxlanılmışdır.