KRİMİNAL XRONİKA

Avqusutun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan...

31.08.2018

Avqusutun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ə.Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Qala qəsəbəsinə gedəcəklərini bildirmişlər.

Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alıb hadisə yerini tərk etmişlər.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılmışlar.

Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülmüşdür.