KRİMİNAL XRONİKA

Sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini...

07.09.2018

Sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılmışdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin oktyabr ayında rayon ərazisində “Toyota” markalı avtomobildən 570 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Nurəddin Qarayev saxlanılmışdır.
 
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 4-də Bakı şəhər sakini  M.Əhmədovun cibindən 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Zümrüd Məmmədova və Çinarə Qurbanova saxlanılmışlar.

Nizami RPİ  23-cü PB-nin əməkdaşları tərəfindən bu il mart-avqust aylarında Gəncə şəhəri ərazisindəki 4 həyətyanı sahədən, 2 evdən və 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əliyev saxlanılmışdır.