KRİMİNAL XRONİKA

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

09.09.2018

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 6-da Müşfiqabad qəsəbəsindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adnam Qəhrəmanov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Rəhman Dadaşzadənin ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 13 avtomobildən, 1 evdən, 1 həyətyanı sahədən pul və məişət əşyaları, habelə 1 nəfərin mobil telefonunu və digər 1 nəfərin isə velosipedini oğurlaması da müəyyən edilmişdir.