KRİMİNAL XRONİKA

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

14.09.2018

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 13-də rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan iki qadının  çantalarından ümumilikdə  56 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Səbuhi Mirzəyevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iki qadının çantasından ümumilikdə 524 manat pul, qızıl üzük və sənəd, habelə rayon ərazisindəki bir sexdən 20 manat pul, noutbuk, mis naqil oğurlaması da müəyyən edilmişdir.

Sentyabrın 14-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Eynulla Mirzəyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerlisi Mahmud Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Sentyabrın 14-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.