KRİMİNAL XRONİKA

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

19.09.2018

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 12-də N.Tusi küçəsindəki evlərin birinin girişində S.Abdullayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Elcan Əliyev saxlanılmışdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Belə ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.
Daxil olmuş müraciət əsasında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə keçidrikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da rayon ərazisindəki gözəllik salonlarının birindən 160 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 7-də rayon ərazisindəki evlərin birindən 30 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qurami Mikucadze saxlanılmışdır.