KRİMİNAL XRONİKA

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

22.09.2018

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayon sakini Seymur Rəhimovun avtomobilindən beşbarmaq aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov saxlanılmışdır.


Oğurluq etmiş Dağlar Mirzəyevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 9-dan cari il avqustun 29-dək olan müddətdə rayon ərazisindəki MMC-lərin birinin zirzəmisindən inşaat materialları və 100 metr elektrik kabeli, 2 evdən pul və qızıl əşyaları, habelə 2 nəfərə məxsus mobil telefonları oğurlaması da müəyyən edilmişdir.


Sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.