KRİMİNAL XRONİKA

Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri...

04.10.2018

Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Rövşən Məmmədov saxlanılmışdır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə insanları dələduzluq yolu ilə aldadaraq sonradan onlara qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan qadın  avqustun 26-da Nadir adlı şəxsin onu aldadaraq 20.000 manat dəyərində qızıl əşyalarını aldığını bildirib. Məlumatla əlaqədar dərhal Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  soyğunçuluğu törətməkdə şübhəli bilinən, özünü Nadir kimi təqdim edən Xırdalan şəhər sakini Arif Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaqla həmçinin A.Bayramovun 4 analoji cinayət əməlinin də üstü açılıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də rayon ərazisindəki evlərin birindən 500 manat və 2000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Anar Həsənov və Sabirabad rayon sakini Xəqani Abbasov saxlanılmışlar.

Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cəmil Mahmudov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də paytaxt sakini olan bir qadının 20.000 manat dəyərində qızıl əşyalarını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini Arif Bayramov saxlanılmışdır.