KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Xətai RPİ 34-cü PŞ və 35-ci PB-lərin əməkdaşları tərəfindən...

11.10.2018

Oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Xətai RPİ 34-cü PŞ və 35-ci PB-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari il fevralın 17-dən sentyabrın 6-dək olan müddətdə rayon ərazisindəki 7 evdən pul, qızıl-zinət əşyaları, habelə 1 saxlanc yerindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da paytaxt sakini R.Məmmədovun 380 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Dəyanət Yusifov saxlanılmışdır.

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 16 nəfər (1 kişi, 6 qadın və 9 azyaşlı) saxlanılmış və barələrində müvafiq tədbirlər görülmüşdür.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 28-də rayon ərazisindəki bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Rəhimov saxlanılmışdır. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.