KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Zaur Suleykinin ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfində...

13.10.2018

Oğurluq etdiyinə görə tutulmuş Zaur Suleykinin ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 29-da A.Salmanova zor tətbiq edərək içərisində 1182 manat olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilmişdir.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən oktyabrın 6-da rayon ərazisindəki yeraltı dayanacaqların birindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılmışdır.