KRİMİNAL XRONİKA

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

21.10.2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-dən 19-dək olan müddətdə rayon ərazisində 1 nəfərin velosipedini, 1 nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Emil Komandirov saxlanılmışdır.

Oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirmişdir.  30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda şübhəli bilinən A.Çesnakov saxlanılmışdır.