KRİMİNAL XRONİKA

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

03.11.2018

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də rayon ərazisindəki mağazaların birindən açıq talama yolu ilə 200 manat pul aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Tağıyev saxlanılmışdır.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də Y.Bobrovanın içərisində 500 manat, 450 ABŞ dolları və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Qasımlı saxlanılmışdır.
Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 15-də Bakı şəhər sakini H.Hacızadənin cibindən 300 manatını oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Ağamehdi Rəhimov saxlanılmışdır.
Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Azər İbrahimovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun daha bir “Hyundai” markalı avtomobildən 500 manat, 70 ABŞ dolları və sənəd oğurlaması da müəyyən edilmişdir.
Noyabrın 3-də saat 15 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində Bakı şəhər sakini Ələkbər İsgəndərov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən paytaxt sakini Alyoşa Babayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il sentyabrın 1-də rayon ərazisindəki evlərin birindən 10.000 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini A.Babayeva saxlanılmışdır.