KRİMİNAL XRONİKA

Noyabrın 3-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Qazax rayon sakini...

04.11.2018

Noyabrın 3-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Qazax rayon sakini Elşən Mehdiyevə zor tətbiq edib 100 manatını almışdır. Nəsimi RPİ 19-cu PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ucar rayon sakini Ayaz Həsənquliyev və Ağdam rayon sakini Hüseyn Ramazanov saxlanılmışlar.
Noyabrın 4-də Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanmışdır. Xətai RPİ 34-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomlobillərdən akkumulyator və 210 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində  “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomobildən  pul, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər  saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.