KRİMİNAL XRONİKA

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov...

08.11.2018

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib. Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər. Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-nə keçən gecə rayon ərazisidəki mənzillərin birindən 11.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qasımov saxlanılmışdır.

Xətai RPİ  34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərdən birinə  məxsus “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - Əlisoltan Cavadov saxlanılmışdır. Onun oktyabrın 17-də “Hyundai” markalı digər avtomobildən 600 manat və 100 ABŞ dollar oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Bünyatova məxsus “Geely” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Polad Nazarov saxlanılmışdır.

Oğurluq etdiklərinə görə tutulmuş Elnur Qurbanovun və Elçin Əliyevin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ictimai nəqliyyatda daha 6 nəfərin ciblərindən pul və mobil telefon oğurlamaları da müəyyən edilmişdir.