KRİMİNAL XRONİKA

Noyabrın 13-də Səbail rayonu ərazisindəki mağazaların birindən...

13.11.2018

Noyabrın 13-də Səbail rayonu ərazisindəki mağazaların birindən samovar oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev oranın işçiləri tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Babək Əzizliyə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Mirəli İbrahimli saxlanılmışdır.

 

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki istirahət mərkəzlərinin birində əşyaları qəsdən sındırmaqda və noyabrın 4-də Mehman Tarverdiyevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Türkan qəsəbə sakini Vüqar Mustafayev saxlanılmışdır. 

 

Noyabrın 13-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.