KRİMİNAL XRONİKA

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

16.11.2018

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Xəyyam Məmmədov saxlanılmışdır.

Noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.  

Noyabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İlhamə İslamova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.