KRİMİNAL XRONİKA

Noyabrın 21-də paytaxtın Nizami rayonu Keşlə qəsəbəsindəki evlərin birində kirayədə yaşayanlar...

21.11.2018

Noyabrın 21-də paytaxtın Nizami rayonu Keşlə qəsəbəsindəki evlərin birində kirayədə yaşayanlar - Biləsuvar rayon sakini olan bir yeniyetmə münaqişə zəminində Bərdə rayon sakini Əhəd Əhmədova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Ə.Əhmədov orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində həmin yeniyetmə saxlanılmışdır. 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki  köşklərin birindən 600 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Kənan Həsənov və Süleyman Süleymanlı saxlanılmışlar. 

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Bakı şəhər sakini F.Həsənovun 150 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Anar Qafarov saxlanılmışdır. 

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 684 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rizvan Quliyev saxlanılmışdır.