KRİMİNAL XRONİKA

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

22.11.2018

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də Bakı şəhər sakini  Elman Salehovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hummer H-3” markalı avtomobilin sürücüsü saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən noyabrın 20-də rayon ərazisindən “Skyline” markalı motosikleti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Famil Ordıyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Ruslan Əliyevin və Elnur Zeynalovun ətrafında Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların bu il fevralın 25-də bir qadının mobil telefonunu və noyabrın 6-da Xətai rayonu ərazisindəki tam orta məktəblərdən birinin inzibati binasından 9 ədəd noutbuk oğurlamaları da müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən avqustun 4-də rayon ərazisindəki avtomobillərin birindən 50 manat pul və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Emil Şirinov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki  mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılmışdır.

Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən noyabrın 21-də rayon ərazisindəki evlərin birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən, Şamaxı rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 13-də  “Volkswagen” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Noyabrın 18-də Bakı şəhər sakini Samir Ağacanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Səidə Xəlilova Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır.