KRİMİNAL XRONİKA

Noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən...

23.11.2018

Noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən  arvadı Vəfa Orucova saxlanılmışdır. 

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini İlqar Abbasov saxlanılmışdır. 

Oğurluq etmiş Kənan Həsənovun və Süleyman Süleymanlının ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 21-də rayon ərazisindəki mağazaların birindən 300 manat dəyərində danışıq kartları və 400 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş İsmayıl Məmmədovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul, mobil telefon və qol saatı oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etmiş Sudeyf Abbaszadə və İlkin Salayevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki bir evdən və bir gözəllik salonundan qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.