KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş Emil Məstənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

25.11.2018

Oğurluq etdiyinə görə tutulmuş Emil Məstənovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 5 avtomobildən pul, noutbuk, mobil telefon, bəzək əşyaları və sənəd oğurlaması da müəyyən edilmişdir. 

Yasamal RPİ 29-cu Polis Şöbəsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılmışdır.