KRİMİNAL XRONİKA

Oğurluq etmiş Azər Musayevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri...

27.11.2018

Oğurluq etmiş Azər Musayevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel-avqust ayları ərzində Zirə qəsəbəsindəki daha 2 evdən, 2 həyətyanı sahədən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları, habelə bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da saat 1 radələrində evlərin birinin girişindən velosiped oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Anar Şahbazov və Kənan Orucov saxlanılmışlar. Onların noyabrın 25-də daha 2 velosipedi oğurlamaları da müəyyən edilmişdir.

Oğurluq etmiş Emil Məstənovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 24-də rayon ərazisində “Hyundai” markalı avtomobildən pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilmişdir.