KRİMİNAL XRONİKA

Polis əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini...

30.11.2018

Polis əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Ş.Hüseynov tapdığı “Mils N36” markalı qumbaranı Səbail RPİ-nin 39-cu Polis Bölməsinə təhvil vermişdir. 

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Miryasər Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən 275 qram marixuana aşkar edilərək götürülmüşdür. 

Oğurluq etmiş Sürəyya Balayevanın ətrafında Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 nəfərin müvafiq olaraq 300, 61 və 225 manat pullarını oğurlaması da müəyyən edilmişdir. 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədli saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 100 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İntiqam Kərimov saxlanılmışdır.  

Noyabrın 30-da saat 1 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Gədəbəy rayon sakini Azər Allahverdiyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi Şahlar Mirzəyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.