KRİMİNAL XRONİKA

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.11.2018

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da münaqişə zəminində paytaxt sakini Fərid Həsənliyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Şüvəlan qəsəbə sakini Əlibəy Quliyev saxlanılmışdır. 

Noyabrın 29-da saat 5 radələrində Nəsimi rayonu ərazisindən Ağcabədi rayon sakini Nüsrət Aslanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Alcanov saxlanılmışdır. 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildən içərisində 200 manat, sənədlər və təqaüd kartı olan pulqabını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüqar Əhmədov saxlanılmışdır. 

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da paytaxt sakini olan bir qadının içərisində 800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş S.Balayeva saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Rakim Babalıyevin ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha  bir avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir. 

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 16-da rayon ərazisində bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Salayev saxlanılmışdır. 

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da rayon ərazisindəki evlərin birindən su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Abbasov saxlanılmışdır. Onun noyabrın 22-də daha bir evdən su qızdırıcısı oğurlaması da müəyyən edilmişdir.