KRİMİNAL XRONİKA

Dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində...

07.12.2018

Dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurmuşdur. Piyada xəstəxanaya aparılarakən yolda ölmüşdür.Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olanlar - İntiqam Ağayev Binəqədi RPİ 5-ci PB-nin  əməkdaşları, Cəmaləddin Əzizov Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. 

Sabunçu RPİ 15-ci PB və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 6-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 1400 manat pul oğurlamaqda şübhəli bilinən Cabir Qeybalıyev Abşeron rayonu ərazisində saxlanılmışdır. 

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 24-də rayon ərazisindəki bir avtomobildən 800 manat dəyərində qol saatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Elxan İsayev saxlanılmışdır. 

Dekabrın 7-də saat 9 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Qobustan rayon sakini Qəhrəman Ağabalayev idarə etdiyi “İveco” markalı avtomobillə  yolu keçən Bakı şəhər sakini Cümşüd Kərimlini vurmuş və nəticədə piyada  hadisə yerində ölmüşdür. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.