KRİMİNAL XRONİKA

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən dekabrın 6-da paytaxt sakini...

08.12.2018

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən dekabrın 6-da paytaxt sakini İ.Kazımovanın içərisində 230 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır. 

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 əcnəbi vətəndaşın rayon ərazisində kirayədə yaşadıqları mənzildən 650 ABŞ dolları və 500 türk lirəsini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılmışdır. 

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini N.Allahverdiyevanın çantasından 380 manat və sənəd oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini G.Novruzova saxlanılmışdır. 
Ətrafında aparılmış tədbirlərlə onun dekabrın 2-də Xətai rayonu ərazisində daha bir qadının 700 manatını və sənədlərini oğurlaması da müəyyən edilmişdir. 

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən paytaxt sakini C.Əliyevin cibindən 1050 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nuru Nuriyev saxlanılmışdır.