KRİMİNAL XRONİKA

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən...

18.12.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə  məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən cari il martın 13-də paytaxt sakini olan bir qadının içərisində pul və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İradə Hüseynova saxlanılmışdır.

Oğurluq etmiş Emil Məstanovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 30-dan noyabrın 11-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul oğurlaması da müəyyən edilmişdir.

Dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.