KRİMİNAL XRONİKA
Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən cari il iyulun 20-də paytaxt sakini olan...
22.12.2018
Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən cari il iyulun 20-də paytaxt sakini olan bir nəfərin içərisində 750 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz Abdullayev saxlanılmışdır.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 9-da rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Aqil Bədirov saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş Rəhman Dadaşzadənin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 3-də və noyabrın 11-də rayon ərazisində 1 avtomobildən oğurluğa cəhd göstərməsi, habelə 1 mağazadan 910 manat və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki mağazaların birindən 710 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Şahlar Əsədov saxlanılmışdır.
Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 20-də rayon ərazisində “Toyota” markalı avtomobildən 970 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zamiq Əhmədli saxlanılmışdır.