KRİMİNAL XRONİKA

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

27.12.2018

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 28-dən dekabrın 20-dək olan müddətdə rayon ərazisində 2 nəfərin velosipedlərini, 2 nəfərin isə əl arabalarını oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Atif Talıbov saxlanılmışdır. Ondan 460 qram marixuana götürülmüşdür.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən dekabrın 9-da və 26-da rayon ərazisindəki 2 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin İsgəndərov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən cari il iyunun 28-də rayon ərazisində 1  avtomobildən 200 manat və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Hümbətov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il iyulun 7-də rayon ərazisində 1 avtomobildən 120 manat oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Mustafa Sarıyev saxlanılmışdır.