KRİMİNAL XRONİKA

Dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini...

28.12.2018

Dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun  isə vəziyyəti orta-ağırdır. Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlmiş və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirmişdir. Z.İsmayılov tutulmuş, silahı evdən götürülmüşdür.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən qızıl əşyalar və pul oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini Əli İbrahimov saxlanılmışdır.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də Nazim Mikayılovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Amil Həsənov saxlanılmışdır.