KRİMİNAL XRONİKA

Yanvarın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən qəsəbə sakini...

04.01.2019

Yanvarın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən qəsəbə sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. O, izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirmişdir.  Xəzər RPİ 1-ci PŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün Mərdəkan qəsəbəsi ərazisində İ.Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə P.Nəzəri polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 həyətdən və 2 evdən pul, 11 ev quşu, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rövşən Heydərov və Mais Mahmudov  saxlanılmışlar.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlamaqda  şübhəli bilinən  Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan  əvvəllər məhkum olunmuş  Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22 kiloqram 450 qram marixuana götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan artıq heroin götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.