KRİMİNAL XRONİKA

Əlahiddə Çevik Polis Alayı və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

12.01.2019

Əlahiddə Çevik Polis Alayı və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də paytaxt sakini olan bir qadının içərisində pul və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Narkotik vasitə ilə tutulmuş İlham Məmmədovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 4-dən cari il yanvarın 6-dək olan müddətdə rayon ərazisindəki 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 30-da rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisində “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə Ramana qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılmışdır.