KRİMİNAL XRONİKA

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə...

23.01.2019

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub. Onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi və  27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş V.Səmədovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 20-dən cari il yanvarın 19-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan geyim əşyaları, 1 avtomobildən məişət əşyası, 2 ofisdən noutbuk və məişət əşyaları, habelə 1 nəfərin velosipedini oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 21-də rayon ərazisindəki evlərdən birinin girişindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Yarov saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  yanvarın 21-də paytaxt sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Bakı şəhər sakini N.Quliyevin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Məmmədli saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 15-də paytaxt sakini X.Kamilova qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qanbayev saxlanılmışdır