KRİMİNAL XRONİKA

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın...

26.01.2019

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın yanvarın 25-də Bakıxanov qəsəbəsi ərazisində xətt avtobuslarının birində mobil telefonunun oğurlandığını bildimişdir. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır. 
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan V.Həsənov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Biləcəri qəsəbə sakini Ə.Quliyev saxlanılmışdır. Ondan narkotik vasitə olan heroin götürülmüşdür.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov saxlanılmışdır. Ondan narkotik vasitə olan tiryək götürülmüşdür.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Xanməmmədov saxlanılmışdır.

Nəsimi RPİ və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəza Çəkmə Müəssisəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ş.Həsənov saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 1200 manat pul oğurlamaqda şübhəli bilinən, Cəlilabad rayon sakini R.Dadaşov saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq)  maddəsi ilə axtarışda olan Ç.İsmayılov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki stomatoloji kabinetlərin birindən rentgen aparatını oğurlamaqda şübhəli bilinən, paytaxt sakini olan X.Səlimov saxlanılmışdır.

Xətai RPİ-nin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əhmədov saxlanılmışdır. Ondan narkotik vasitə olan heroin və metamfetamin götürülmüşdür.