KRİMİNAL XRONİKA

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

29.01.2019

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İ.Əliyev saxlanılmışdır.
 
Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən yanvarın 28-də Binəqədi qəsəbəsi ərazisindəki şirkətlərin birindən 36 metr metal boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Miriyev saxlanılmışdır.
 
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan E.Vəliyev saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan N.Bayramov saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 29-da rayon ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərmiş Quba rayon sakini İ.Piriyev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Xəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan A.Əhmədov saxlanılmışdır.