KRİMİNAL XRONİKA

Yanvarın 31-də saat 21 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsində...

31.01.2019

Yanvarın 31-də saat 21 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsində Bakı şəhər sakini Ə.Həşimov idarə etdiyi “Mercedes” markalı betonqarışdıran avtomobili aşırmış və hadisə yerində ölmüşdür.
 
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini S.Xanməmmədov saxlanılmışdır.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılmışdır. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır. 

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub. Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.