KRİMİNAL XRONİKA

Nəsimi RPİ 20-ci PB və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

04.02.2019

Nəsimi RPİ 20-ci PB və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha iki nəfərlə birlikdə 1 sexdən, 1 ofisdən, 1 restorandan, 1 fotostudiyadan pul, geyim və məişət əşyaları, habelə bir qadının mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Narkotik vasitə ilə tutulmuş R.Əkbərovun ətrafında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 15-dən 25-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.