KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları...

10.02.2019

Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 15-də rayon ərazisində Z.Məmmədzadəyə məxsus “Daewoo” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Q.Quliyev saxlanılmışdır.