KRİMİNAL XRONİKA

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

13.02.2019

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator, 1 evdən gümüş əşyalar və 1 qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Eyvazov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də M.Yarəhmədovanın içərisində pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır. 


Oğurluq etdiyinə görə tutulmuş C.Abbasovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat  tədbirləri ilə onun rayon ərazisində “KİA” markalı avtomobildən içərisində 250 manat, sənədlər və mobil telefon olan çantanı oğurlaması da müəyyən edilmişdir.