KRİMİNAL XRONİKA

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları ...

14.02.2019

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
 
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini C.Seyidbəyov və Masallı rayon sakini M.Salayev saxlanılmışlar. Polis əməkdaşları C.Seyidbəyovdan 10 qramdan artıq tiryək, M.Salayevdən isə çəkisi 1 kiloqram 50 qram heroin aşkar edərək götürlmüşlər.
 
Fevralın 14-də saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini  Turan Haqverdiyeva vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.İsmayılov saxlanılmışdır.

Fevralın 14-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini  E.Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobillə Tərtər rayon sakini İ.Həsənovun idarə etdiyi  “İveco” markalı avtobus toqquşmuşdur. Nəticədə E.Məmmədov hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.
 
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 4-də əcnəbi vətəndaşa məxsus, içərisində 17 manat, 2 ədəd mobil telefon və yaddaş kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərmanlı saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 4-də əcnəbi vətəndaşa məxsus, içərisində 17 manat, 2 ədəd mobil telefon və yaddaş kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərmanlı saxlanılmışdır.