KRİMİNAL XRONİKA

Kriminalistik Tədqiqatlar İdarəsi və və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri...

12.04.2019

Kriminalistik Tədqiqatlar İdarəsi və və Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən televizor və paltaryuyan maşın oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş C.Nəsirov saxlanılmışdır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindəki tikintisi başa çatmamış evlərin birindən 70 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Zabrat qəsəbə sakinləri V.Əzimov, Z.Hənifəyev və A.Ağabalayev saxlanılmışlar. Şəxsi axtarış zamanı hər üçündən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 evdən  elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Korgöz qəsəbəsi ərazisində idarələrin birinə məxsus 7 ədəd mühərriki oğurlamaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri D.Şirəliyev, Y.Hüseynov, F.Ağayev və Ç.Ağayev saxlanılmış, daha 2 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.