KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş E.Ağalarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları

15.04.2019

Oğurluq etdiyinə görə tutulmuş E.Ağalarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Daewoo” markalı bir avtobusdan 108 manat pul oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş F.Quluzadənin  ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha bir evdən 2300 manat pul oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Təhməzovun “TOFAŞ” markalı avtomobilindən qol saatı və sənəd oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən məişət və geyim əşyaları oğurlamaqda  şübhəli bilinən Qazax rayon sakini O.Ağayev saxlanılmışdır.

Oğurluq etmiş Ə.Zeynallının ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 avtomobildən 300 manat pul və akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xudaverdiyev “İJ-26” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini F.Həsənovun velosipedini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Zeynallı saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 2 avtomobildən akkumulyator və  yan güzgüləri oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki həyətyanı sahələrin birindən 150 metr elektrik naqili oğurlamaqda  şübhəli bilinən Türkan qəsəbə sakini, əvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 həyətyanı sahədən 28 ev quşu və 3 baş qoyun oğurlaması da müəyyən edilmişdir.