KRİMİNAL XRONİKA

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

17.04.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş K.Cavadovun ətrafında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən və bir avtomobildən pul oğurlaması da müəyyən edilmişdir.

Aprelin 16-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 1-ci Alatava yaşayış sahəsindəki mənzillərin birindən 400 manat dəyərində gümüş əşyaların və mobil telefonun oğurlanması barədə müraciət daxil olmuşdur. 
29-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş İ.Yarıyev saxlanılmışdır.

Xətai RPİ 34-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Vəliyevdən pnevmatik tapança götürülmüşdür.  

Aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulmuşdur. Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməmişdir. Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Ə.Zeynallının ətrafında Bakı ŞBPİ və Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini E.Rəhimova məxsus avtomobili qaçırması da müəyyən edilmişdir.