KRİMİNAL XRONİKA

Oğurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları...

12.05.2019

Oğurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Mayın 12-də saat 3 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Gəncə şəhər sakini T.Niyazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafael Nəbizadəni vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. 
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.