KRİMİNAL XRONİKA

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

16.05.2019

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-19-da rayon ərazisində 2 avtomobildən monitor, eynək və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini M.Canızadə saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 16-da rayon ərazisində 2 avtomobildən pul, sənəd, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılmışdır.