KRİMİNAL XRONİKA

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

08.06.2019

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki mağazaların birindən 600 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Bağırov və R.Əliyev saxlanılmışlar.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də Biləcəri qəsəbəsindəki evlərin birindən 120 manat, noutbuk və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 24-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 150 metr elektrik naqili və 4 ədəd elektrik qoruyucusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Kərimov saxlanılmışdır.

İyunun 8-də saat 23 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Quliyev idarə etdiyi “Slavita” markalı avtomobillə yolu keçən paytaxt sakini Elburus Gözəlovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.