KRİMİNAL XRONİKA

İyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini...

24.06.2019

İyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Elşən Məmmədovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 1 kiloqram 940 qram marixuana götürülmüşdür.