KRİMİNAL XRONİKA

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri ...

09.07.2019

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də rayon ərazisindəki evlərdən birinin zirzəmisindən 19.000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılmışdır.
 
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakini Ş.Şəbiyeva və Ağdaş rayon sakini X.Abdullayeva saxlanılmışlar.
 
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əsgərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan  R.Ağazadə saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb. Araşdırma aparılır.