KRİMİNAL XRONİKA

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri ...

08.07.2019

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini T.Babayeva saxlanılmışdır.
 
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da Bakı şəhər sakini olan bir qadının 221 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini C.Hüseynov saxlanılmışdır.
 
İyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Püstə Cəfərovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.